İsa Qəmbər Etibar Məmmədova cavab verdi:

"Hövsələdən çıxmayan bir Etibar Məmmədov qalmışdı..." 
Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun hazırlıq iclası keçirilib. Prosesə jurnalistlər Mehman Əliyev, Rövşən Hacıbəyli, Əvəz Zeynallı, siyasilərdən Müsavat Partiyasının başqanı Arif Hacılı, İsa Qəmbər, Elman Fəttah da qatılıb. Ancaq Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyindən heç kəs məhkəmədə iştirak etməyib. 

Bununla bağlı Meydan.tv-nin əməkdaşı AMİP lideri Etibar Məmmədova sual ünvanlayıb və məhkəməyə niyə qatılmadıqlarını soruşub. 

Jurnalistin "Niyə məhkəmədə iştirak etmədiniz, amma İsa Qəmbər orada idi?" sualına Etibar Məmmədov "Hansı cəhənnəmdə olur-olsun, mənə onun nə dəxli var?! İşin-gücün qurtarıb ki, təxribatla məşğul olursan?" cavabını verib. 

Məsələyə Müsavar Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin də cavabı gecikməyib.

Arqument.Az xəbər verir ki, İsa Qəmbər Məmmədovun əsəbi atmacasına yumorla cavab verib: "Bu məmləkətdə hövsələdən çıxmayan bir Etibar Məmmədov qalmışdı, onu da Natiq Cavadli hövsələdən çıxardı:) Etibar da Əliyev rejiminin məhkəmələrini cəhənnəmə bənzətdi. Amma əgər, rejim azadlıq uğrunda mübarizə aparanları öz "cəhənnəminə" salırsa, biz də bu insanlara dəstək vermək üçün o "cəhənnəmə" getməliyik. Ümumən, insan azadlıq uğrunda cəhənnəmə getməyə hazır olmalıdır ki, cənnətə bu dünyada şansı, o dünyada haqqı olsun".(arqument.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300