1458242281_5 (1)

Mədəniyyət və Turizm İdarəsinin rəisi büdcə pullarını adı olub, özü olmayan klublara, kitabxanalara «xərcləyib»

Gəncə Azərbaycanın ikinci paytaxtıdır və qədimliyinə görə də, dünyada az sayda yaşayış məntəqələrindən biri hesab olunur. Bu şəhərin füsunkar təbiəti varkən, yaşıllıqları, parkları, istirahət üçün geniş potensialından yararlanan yoxdur. Daha doğrusu, bu yararlanmanı təşkil edəcək idarə fil qulağında yatıb.

Politika.Az xəbər verir ki, Gəncə Mədəniyyət və Turizim İdarəsi başda Sənan Hacıyev olmaqla, ölkənin ikinci paytaxtında nə mədəniyyət qoyublar, nə də turizm haqqında düşünürlər. Səbəb də budur ki, cənab Hacıyevin başı pul qazanmağa qarışıb. Onu maraqlandıran sovet dövründə adı olub, indi isə özü olmayan kitabxanaları, klubları, mədəniyyət evlərinə ayrılmış pulları necə silməkdən ibarətdir.

Məlumatlarda qeyd edilir ki, Sənan Hacıyevin «gərgin əməyi» sayəsində bu gün İdarədə onlarla «canlı ölü» var. Yəni, adları olub, özləri işə gəlməyənlər mövcuddur ki, onların da maaş kartları cənab Hacıyevin cibində bütün ölkəni gəzir.

Gəncə Mədəniyyət və Turizm İdarəsinin rəisinin durumu belədir ki, tək məqsədi pul qazanmaqdır. Elə bu səbəbdəndir ki, ötən il büdcədən ayrılmış vəsaitlərin böyük qismi mənasız işlərə sərf olunub. Məsələn, idarənin sair xərcləri varmış və buna da 7500 manat pul gərəkirmiş. Və ya digər maşın və avadanlıqların alınması üçün ayrılmış 14,2 min manatın aqibətini bilənə mükafat veriləcək.

İdarənin dəftərxana xərcləri də az deyilmiş. Sənan Hacıyev bu məsələdə bir qədər insaflı davranıb. Çünki başqalarından fərqli olaraq Gəncə MTİ-nin dəftərxana xərcləri üçün 10626 manat pul ayrılıb.

Politika.Az xəbər verir ki, Sənan Hacıyev olmayan klublar, kitabxanalar və sair üçün bərk inventarlar da aldırıb. Belə ki, idarə rəisi bu məqsədlə 23 min manat pul yazdıra bilib.

Məsələnin qaranlıq tərəfi odur ki, Gəncə Mədəniyyət və Turizm İdarəsində bütün tenderlərin qalibi «KƏPƏZ-11» MMC şirkəti olub. Bu şirkət həm bərk inventar alıb, həm dəftərxana ləvazimatı, həm də avadanlıqlar. Bir şirkətin bu qədər çoxprofilli olması isə inandırıcı deyil. Güman ki, adıçəkilən şirkətdə Sənan Hacıyevin payı var. Əks təqdirdə, bütün işlər onlara həvalə edilməzdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300