"İnsanların öz əlləri ilə etdikləri günahlar üzündən quruda və suda fəsad (qəza) əmələ gələr ki, Allah bununla onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar tövbə edib pis yoldan qayıtsınlar". "Quran", 30:41 Xəbər verildiyi kimi, bu gün Rusiyada təyyarə qəzası baş vermişdir. Belə ki, Dubaydan uçan "Boeing-737-800” tipli sərnişin təyyarəsi Rostov-na-Donu şəhər aeroportuna enərkən qəzaya uğrayaraq, içərisindəkilər həlak olmuşlar. Təyyarə qəzalarının monitorinqinə həsr etdiyim yazılarımda və kitablarımda göstərdiyim kimi, bu qəzalar təsadüfü olmayıb, biri-biri ilə riyazi şəkildə əlaqəlidir. Yəni, burada böyük bir qanunauyğunluq vardır. Bu qanunauyğunluq bir qayda olaraq, özünü "Quran"ın səhifələrinin sayı olan 286 ədədi ilə biruzə verir. Yeri gəlmişkən, qeyd edim ki, "Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində vəhabilər hakimiyyətə gələnə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün quranlar 286 səhifəyə yerləşdirilib. Araşdırmalarımız göstərir ki, bütün astronomik hadisələr (Günəş və Ay tutulmaları) 286 ədədinin üç misli olan 858 gündən bir təkrarlanır (bax: aşağıdakı şəkildəki cədvəllərə). Rostov hava limanında baş verən bugünkü təyyarə qəzası da özündən əvvəlki qəzalar kimi, bu qanunauyğunluğa tabedir. Belə ki, bu qəza, keçən ilin 8 iyununda Ukraynada Rusiyaya məxsus "TU-95" hərbi təyyarəsinin havada partlamasının 286-cı günüdür. Hesablamalarımız göstərir ki, bugünkü təyyarə qəzası həmçinin, "Quran"da tövbə və cəza rəmzi sayılan 555 ədədi ilə digər qəzalara bağlanır. Qeyd edim ki, "Quran"ın "Tövbə" surəsinin sıra nəmrəsi 9 olduğundan bu ədəd Tövbə rəmzi sayılır. Onu da bildirim ki, "Quran"da 9-la gələn surələrin (9; 19; 29; ..... 109) sayı 11-dir və bu surələr müqəddəs kitabın ən sərt surələridir. Onların ayələrinin sayını cəmləsək 555 ədədi alınır. Əvvəlki yazılarımda təqdim etdiyim düsturdan (669 - 555 = 114) məlum olurdu ki, 555 ədədi "Quran"da TÖVBƏ və CƏZA rəmzi sayılır. Yeri gəlmişkən, onu da qeyd edim ki, sözü gedən bugünkü təyyarə qəzası Amerikada eyni gündə (13. 09. 2014) 2 ədəd "F-18" təyyarələrinin ayrı-ayrılıqda müəmmalı şəkildə qəzaya uğrayaraq, Sakit okeana düşməsinin 555-ci günü baş vermişdir. Hesablamalardan görünür ki, bu gün baş verən sərnişin təyyarəsinin qəza səbəbi hər iki halda iki super dövlətin - Rusiya və Amerikanın hərbi təyyarələrin qəzasına bağlandı. Hansı ki, o hərbi təyyarələr hər gün dünyanın müxtəlif yerlərində yüzlərlə günahsız insanın ölümünə səbəb olurlar. Belə görünür ki,super güclər hərbi təyyarələrinin müəmmalı şəkildə qəzaya uğramasından gərəkən nəticəni çıxarsaydılar, bu gün Rostovda "Boeing-737-800” təyyarəsi qəzaya uğramazdı. Bir daha qeyd etməyi vacib bilirəm ki, bu cür qəzaların baş verməsi Allahdan xəbərdarlıq olmaqla, zülm etməkdə və günah törətməkdə həddin aşmış Yer əhlinin diqqətini Qurana yönəltmək, zülümdən çəkindirmək məqsədi daşıyır. Hesablamalarımız göstərir ki, bəşəriyyət bu xəbərdarlıqlara lazımi reaksiya verməzsə, daha böyük faciələrlə üzləşəcəkdir. Bu kimi hadisələrdən tövbə edib doğru yola dönməklə, zülm etməkdən çəkinməklə və insanlara yaxşılıqlar etməklə sığortalanmaq mümkündür. "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" "Quran", 57:22
Bu gün Rusiyada təyyarə qəzasının sirri  (ELMİ-LADUN İŞIĞINDA)
Bu gün Rusiyada təyyarə qəzasının sirri  (ELMİ-LADUN İŞIĞINDA)
(c) Allahın qulu və carçısı: Paşa Yaqub Qeyd: təyyarə qəzalarının monitorinqi haqda geniş yazılarla müəllifin kitablarından tanış olmaq olar.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300