Qazaxın Qazaxbəyli kənd sakini Rövşən Hüseynov yerli bələdiyyənin rəhbərliyi narazıdır. Dia.az-a müraciət edən şikayətçi ona və qardaşlarına məxsus pay torpaqlarının bir hissəsinin qeyri-qanuni kənar şəxslərə satıldığını bildirib.

 

R.Hüseynov bildirib ki, 1997-ci ildə o, özü və daha iki qardaşı - Bağır və İslam Hüseynovlar keçirilən bölgü əsasında ümumilikdə 9600 kv.m (96 sot) sahədə pay torpaqları alıblar. Hər üçü Qarabağ müharibəsi veteranı olan Hüseynov qardaşları, çox düşünmədən bu torpaq sahəsindən birbaşa təyinatı üzrə istifadə etmək qərarına gəliblər. 

 

Bundan sonra, həmin sahədə üzüm əkməyə başlayan qardaşlar təbii ki, bu işləri ilə rayonda həm sahibkarlığın, həm də ümumi iqtisadiyyatın inkişafına öz gözəl tövhələrini vermiş olublar.

 

Məlum olub ki, Qazaxbəyli kənd bələdiyyəsinin sədri Südabə Əliyevanın və müavini Mahir Yusifovun bu kimi məsələlərə baxışları tamamilə fərqli imiş. Hüseynov qardaşları xəbər tutublar ki, onlara məxsus torpaq sahəsinin 24 sotu, hər birinə 8 sot olmaqla üç nəfər kənar şəxsə satılıb. Həm də hansı məqsədlə? - ev tikintisi üçün!

 

Vətəndaş Qazax rayon İcra Hakimiyyətinə müraciət edərək, problemin həll olunmayacağı təqdirdə Prezident Administrasiyasına şikayət edəcəyini bildirib. Cavabında isə, RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev ona söz verib ki, bələdiyyənin satdığı torpaq sahəsinin əvəzinə onlara başqa ərazidə torpaq sahəsi ayırarlar.

 

Qəribədir, görəsən hansı məziyyətlərinə görə, kənardan gələn şəxslərə sahibkarın pay torpaqlarından, həm də faktiki olaraq əkinçiliklə məşğul olduğu ərazidən, sanki tortdan bir parça kəsirlərmiş kimi, müəyyən bir sahəni kəsib ev tikintisi üçün verirlər? Sahibkar isə əkininin bir hissəsini bir ərazidə, bir hissəsini isə, başqa bir ərazidə aparmaq məcburiyyətində qoyulur. 

 

Bələdiyyə sədrinin qanunsuz əməllərinə qahmar çıxan bu məmurun özü barədə də bəzi maraqlı açıqlamalar var. Məmməd Alıyev 15 ildən artıq müddət ərzində Qazaxda narkobaron kimi tanınan, "Qidi” ləqəbli Hidayət adlı şəxsin bacanağı ilə şərikli yanacaqdoldurma stansiyası açır. Bildirilir ki, Məmməd Alıyev Qazaxda məşhur "Akasiya” restoranının qarşısında yerləşən və bu məqsədlə alınmış ərazinin sənədləşmə işlərini öz boynuna çəkməklə bu obyektə şərik olacaq. 

 

Bütün tərəflərin mövqeyini dərc edə bilərik. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300