"Ölkə bazarında, xüsusilə də bölgələrdəki topdansatış mərkəzlərində satılan duzlarla bağlı araşdırma aparılıb. Məlum olub ki, qışda yollara tökmək üçün istifadə olunan duz qablaşdırılaraq yodlu duz adı ilə əhaliyə satılır”.

Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, araşdırma zamanı bəlli olub ki, Abşeron rayonundakı gizli sexlərin birində Ukraynanın "Artyom sol” əmtəə nişanı saxtalaşdırılır: "Qışda qarda sürüşməmək üçün yollara tökülən, eləcə də gön və dəri təmizlənməsində istifadə edilən duzlar təmizlənmədən qablaşdırılır. Sonra isə topdansatış mərkəzlərindən mağazalara paylanır. Bu duzlar sağlamlıq üçün təhlükəli hesab edilir”.


Təşkilat rəhbəri dedi ki, təhlükəli duzlar əsasən Xırdalan, Sumqayıt, Qazax, Bərdə, Ağcəbədi, Zərdab, Göyçay, Şəmkir, Ucar, Gədəbəy, İmişli və Şəkinin topdansatış mərkəzlərində aşkarlanıb.

E.Hüseynovun sözlərinə görə, mağazaların ünvanları və duzlardan götürülmüş nümunələr İqtisadiyyat və Sənaye Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Səhiyyə Nazirliyinə təqdim edilib: "Dövlət qurumlarından cavab gözləyirik. Bu cür duzları əhaliyə satan şəxslər, eləcə də istehsal müəssisələri aşkarlanaraq məsuliyyətə cəlb edilməlidirlər. Yodlaşdırılmış duzlarla bağlı qanun və qərarlar qüvvədədir. Bu məsələ daim ölkə rəhbərliyinin diqqətindədir. Buna görə də dövlət müəssisələrindən əhalinin sağlamlığı üzərində pul qazananların aşkarlanaraq məsuliyyətə cəlb olunmasını tələb etmişik”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300