AMİP lideri Xalqı Novruz bayramı münasibətilə təbrik etdiAzərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Məmmədov Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

 AMİP lideri Etibar Məmmədov təbrik müraciətində bildirir:
"Uzun illərin qadağalarına baxmayaraq bu bayram milli-mənəvi dəyərlər sistemimizin vacib atributlarından biri kimi yaddaşlarda yaşayıb. Açıq, yaxud gizli şəkildə el-el, kəndbəkənd dolaşıb. Bu bayram milli birliyimizi, qardaşlığımızı, gücümüzü, qüdrətimizi və yüksək humanizmimizi təcəssüm etdirən ən əlamətdar bayramdır. Ruhunda Baharın gəlişini və təbiətin canlanmasını ehtiva edən Novruz ölkəmizə və millətimizə yeni dönəmin, təzə ruhun, uğurlu başlanğıcın  əsasını qoyacağı inancındayam. Bu bayramda alovlanan tonqallar ulu əcdadlarımızın və Vətənimiz uğrunda canından keçən şəhidlərimizin bizə əmanət qoyduğu Azərbaycanımızın bütövləşməsinə  və çiçəklənməsinə gedən yola işıq salsın”.

AMİP lideri xalqın Novruz bayramını bir daha təbrik edib və süfrələrin ruzi-bərəkətli olmasını arzulayıb: "İnanıram ki, xalqımızın, millətimizin və dövlətimizin gələcək taleyində bu Novruzun qədəmləri düşərli olacaq”

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300