"AtaBank" ASC keçmiş işçisi maliyyə maxinasiyaları və məhkəmə qalmaqalına görə İsveçrəyə gedir.

 

Dünən "AtaBank" ASC -nin keçmiş İdarə Heyətinin üzvü Elnur Osmanovla bankdan hansı səbəbdən vəzifəsindən uzaqlaşdırılması ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Elnur Osmanovun bankdakı qaranlıq əməlləri artıq "AtaBank" ASC-nin hazırkı rəhbərliyinə məlum olub. Məhz buna görə də keçmiş bank işçisi haqqında prokurorluğa müraciət edilə bilər.

 

AzFakt.com-a daxil olan məlumata görə, Elnur Osmanov hazırda ciddi təlaş içindədir və o, ölkəni tərk etmək istəyir. Məlumat verən mənbə iddia edir ki, keçmiş bank işçisi gizli şəkildə Avropaya getməyə çalışır. Elnur Qasımov hətta bütün əmlakanı qardaşının və digər yaxınlarının adına rəsmiləşdirir. 

 

Məlumat verən mənbə bildirir ki, Elnur Osmanov İsveçrəyə getməyi və vəziyyət düzələnə qədər orda qalmağı planlaşdırır. Həmçinin bildirilir ki, onun qardaşı Cavid Osmanov hazırda İsveçrədə təhsil alır. Digər qardaşı Elmir Osmanovun isə "AtaBank" ASC-nin Nəsimi filialında müdir müavini işlədiyi deyilir. 

 

Bbaşqa bir məlumata görə isə Elnur Osmanov indiyədək hərbi xidmətdə olmayıb. Onun hərbi xidmətdən yayınmasına Göyçay rayon Hərbi Komisarlığı yadım edib. Sabiq "AtaBank" rəsmisi Hərbi Komissarlıq rəhbərliyinə yaxşı "hörmət" edib və bunun qarşılığında ona hərbi bilet verilib. 

 

Məsələ ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə Elnur Osmanovun "AtaBank" ASC-də işlədiyi dövrdə bankın etimadından istifadə edərək necə milyonçuya çevrilməsi və keçmiş millət vəkillərindən kimin ona dəstək verməsi, həmçinin Göyçaydakı tədris kursunu hansı səbəbə görə maliyyələşdirməsi ilə bağlı məsələlərə aydınlıq gətirəcəyik. Bizi izləməkdə davam edin... 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300