Bakıda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğluna məxsus "Crystal Motors" şirkətinin  avtomobil salonları bağlanıb.

 

Virtualaz. org xəbər verir ki,  Babək prospekti, 74 ünvanında yerləşən, "Maserati”, "Jaguar” və "Range Rover” avtomobillərinin satıldığı salon ötən həftənin şənbə günündən etibarən bağlıdır. Əməkdaşımız salona baş çəkib, qapıların bağlı olduğunu görüb. Ancaq içəridə bir neçə avtomobil hələ qalır.

Yaxınlıqdakı avtotəmir məntəqəsinin əməkdaşları mağazanın ötən həftənin şənbə günündən işləmədiyini bildiriblər. Digər məlumata görə dünən salona vergi əməkdaşları gəlib və yoxlama aparacaqlarını bildiriblər. Vergi yoxlaması axşam saatlarında başladığından əməkdaşların bəzisi bundan ancaq səhər xəbər tutub.

"Crystal Motors”un  "Sədərək” yarmarkasına gedən  yolun  kənarında yerləşən "Jaguar” avtomobil salonu da işləmir. Müsavat.com xəbər verir ki, salonun rəhbəri Adil Axundov istintaqa çağırılıb.

"Crystal Motors” keçmiş milli təhlükəsizlik nazirinin oğlu Anar Mahmudovun "Crystal Holding” şirkətlər qrupunun tərkibindədir. E.Mahmudovun işdən çıxarılmasından sonra onun oğlunun şirkətlərinin də fəaliyyəti məhdudlaşıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300