Rusiyanın məşhur "Kavkazski uzel" portalı Azərbaycanda keçirilmiş son seçkilər haqqında növbəti reportajını yayınlayıb. 

uzel2"Müsavat Partiyası seçkilrərin nəticələrini tanımadı" başlığı ilə dərc edilən yazıda hakim partiyanın yenidən parlament çoxluğunu əldə etməsi ilə nəticələnən bu seçkilərin saxtalaşdırılmasından və Müsavatın təkrar seçki tələbindən bəhs edilir. Müsavat başqanı Arif Hacılının seçkinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalara da yazıda yer verilib. Arif Hacılıya istinad bildirilib ki, seçkilər qeyri-demokratik mühitdə və hakimiyyətin tam nəzarəti altında olan seçki komissiyaları tərəfindən və bərabər rəqabət imkanlarının mövcud olmadığı şəraitdə keçirilib. Məhz bu səbəbdən Müsavat oktyabrın 28-də seçkidən çıxmaq haqqında qərar verib.

Yazıda daha sonra Arif Hacılının "seçicilərin cəmi 10 faizə qədəri səsvermədə iştirak edib, bu, əhalinin seçkiyə və hakimiyyətə münasibətinin göstəricisidir" fikri öz əksini tapıb.

Reportajda həmçinin Müsavatın seçki qərargahının sədri Gülağa Aslanlının və hüquqşünas Ələsgər Məmmədlinin fikirləri öyrənilib. Gülağa Aslanlı seçki dairələrinin dördə birindən çoxunda kobud qanun pozuntuları haqqında faktlara malik olduqlarını, saxtakarlıq faktları ilə bağlı məhkəməyə müraciət ediləcəyini və seçkilərin nəticələrin ləğv olunması üçün bütün hüquqi əsasların olduğunu bildirib. Bu fikirləri bölüşən Ələsgər Məmmədli isə, seçkilərin nəticələrinin ləğv olunması üçün hüquqi əsasların mövcud olmasına rəğmən, Azərbaycan reallığında bunu müşkül saydığını vurğulayıb. 

bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300