Con Kerri: “Həbs edilən başqa şəxsləri də azad etməyə çağırırıq”ABŞ hökuməti Azərbaycanda həbsdə olan onlarla insan haqları fəalı, jurnalist və siyasi partiyalarınn üzvlərinin azadlığa buraxılmasını alqışlayıb, lakin eyni zamanda fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbsdə olan digər şəxslərin də azad etməyə çağırıb.

ABŞ Dövlət katibi Con Kerri bu barədə Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı ilə bir sıra tanınmış insan haqları və siyasi fəalların azad edilməsi ilə bağlı verdiyi bəyanatında bildirib.

Bəyanatı diqqətinizə çatdırırıq:

"Birləşmiş Ştatlar Azərbaycan hökuməti tərəfindən insan haqları sahəsində fəaliyyəti, ya da fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbsdə olan ondan çox şəxsin azadlığa buraxılması kimi müsbət addımı alqışlayır. Azadlığa buraxılanlar arasında tanınmış insan haqları fəalı Rəsul Cəfərov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, talış etnik qrupunun qəzetinin baş redaktoru Hilal Məmmədov və Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu da var. Jurnalist və sülh fəalı Rauf Mirqədirov məhkəmə tərəfindən azad edilib. Biz Azərbaycan hökuməti ilə əlavə müsbət addımların atılması üçün işləməyimizi gözləyirik. Biz eyni zamanda hökuməti ümumi fikrə görə, eyni azadlıqlardan istifadə etdiklərinə görə həbs edilən başqa şəxsləri də azad etməyə və azad edilən şəxslərin hərəkətinə qoyulmuş məhdudiyyətlərə son qoymağa çağırırıq”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300