Müsavat başqanı Novruz bayramı münasibətilə Xalqı təbrik etdiMüsavat Partiyasının başqanı Arif Hacılı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Novruz bayramı münasibəti ilə Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Bu bayram həm də yeni ilin gəlişi, təbiətin oyanması, baharın, yeni başlanğıcların rəmzi kimi uzun əsrlər boyu xalqımız tərəfindən sevgi ilə qeyd edilir. Azərbaycan xalqı hətta qadağa qoyulduğu dövrlərdə də Bahar Bayramını həmişə qeyd edərək, bu qədim ənənəni qoruyub saxlamışdı. Bu bayram yarıaçıq, yarıgizli şəkildə qeyd edilirdi. Novruz indi rəsmi dövlət bayramımızdır. Ölkəmizdə ən ciddi qeyd olunan bayramlardan biridir. Bununla belə xalqımız ən çox dəyərləndirdiyi bayramı da tam sevinc və şadyanalıqla qeyd edə bilmir. Ərazilərimizin işğal altında olması, ağır iqtisadi böhran, gündəlik dolanışıq qayğıları, çörək pulu qazanmaq, kredit borclarını ödəməklə bağlı problemlər xalqımızın bu bayramı da asudəliklə qeyd etməsinə imkan vermir. Hazırda həbsxanalarda çox sayda siyasi məhbus var. Siyasi məhbusların bir qismi bayram ərəfəsində azadlığa buraxılsa da, bu problem tam həll edilmədi. Bu gün günahsız insanlar həbsxanalarda əziyyət çəkir, hüquq və azadlıqlar pozulur. Halal zəhmətə, əməyə alışmış xalqımız, övladlarının yüksək təhsil alması, ailəsinə çörək pulu, xoş güzaran naminə hər cür çətinliklərə hazır olan vətəndaşlarımız bu imkanlardan məhrum edilir. Ölkəmizdə təbəqələşmə sürətlə artır. Hər kəsə məxsus olan sərvətlərimiz xalqən cüzi bir hissəsi tərəfindən mənimsənilir, əksəriyyət isə ehtiyac içində yaşamağa məhkum edilir.

Öz taleyinə sahib çıxmaq hər bir xalqın müqəddəs hüququdur. Xalqımız azad, demokratik, firavan cəmiyyət qurmağa qadirdir, belə cəmiyyətdə yaşamağa layiqdir. İnanıram ki, Azərbaycan cəmiyyəti yenə də öz taleyinə sahib çıxmaq, öz hüquq və azadlıqlarını qorumaq uğrunda yeni mübarizə nümunələri yaradacaq. Xalqımızın böyük potensialı nəhayət, ölkəmizin layiqli inkişafı naminə səfərbər olunacaqdır. Əminəm ki, layiq olduğumuz cəmiyyəti quracağımız, digər bayramlar kimi Bahar Bayramını da azadlıq və firavanlıq şəraitində qeyd edəcəyimiz günlər uzaqda deyil.

Əziz soydaşlarım!

Sizi bir daha Novruz bayramı münasibəti ilə təbrik edir. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.”

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300