Ölkə daxilində pul köçürmələri üçün insanlar həm poçtlardan, həm də banklardan faydalanırlar.

 

Ancaq bu xidməti göstərmək üçün poçtların təqdim etdiyi tariflər məbləğindən asılı olaraq banklardakı tariflərdən dəfələrlə yüksəkdir. Əslində bir çox ölkələrdə dövlət tərəfindən göstərilən bu xidmət daha ucuz olduğu halda Azərbaycanda bu əksinədir. Niyə? "Xəzərxəbər" mövzunu araşdırıb.

Məlum olub ki, həqiqətən də Azərbaycanın bir bölgəsindən digərinə pul göndərmək üçün bankların və poçtların öz tarifləri var. Məsələn poçtla 50 manat pul göndərmək istəyən şəxs 1 manat 50 qəpik, bankla göndərmək istəyən şəxs isə 20 qəpik ödəməlidir. Məbləğdə təxminən 7 dəfə daha çox bir fərq var...

Maraqlıdır, bütün vəsaitləri dövlət hesabına qarşılanan poçtlarda bu tarif niyə belə yüksəkdir? İqtisadçı-ekspert Ruslan Atakişiyev hesab edir ki, poçtların belə yüksək fərqlə xidmət göstərməsinin əsas səbəbi bu sahənin hələ də özəlləşməməsindən irəli gəlir...

Mütəxəssisin fikrincə, inkişaf etmiş ölkələrdə bu xidməti göstərən özəl qurumlar insanları daha çox cəlb etmək üçün müxtəlif maraqlı üsullardan istifadə edirlər. Bu təcrübədən Azərbaycanda da geniş istifadə etmək mümkündür. Amma...

Nəzərə alaq ki, bu sahədə özəlləşmə həyata keçirilsə belə bankların, ya da digər maliyyə qurumlarının heç də bütün rayonlarda filialları yoxdur. Buna görə də insanlar yenə də pul köçürmələrində daha çox poçtların xidmətinə bel bağlayacaqlar. Bu sahədə qiymətlərin aşağı endirilməsi isə həm poçtlardan pul göndərənlərin sayının çoxalmasına, həm də bu qurumun daha çox gəlir əldə etməsinə səbəb ola bilər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300