Erməni girovluğunda saxlanan Şahbaz Quliyev Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşıları ona baş çəkib ailəsindən məktub çatdırdığı zaman, cavab məktubu yazmaqdan imtina edib. 


 Bu barədə anspress-ə girovun bacısı İradə Quliyeva məlumat verib.

 Onun sözlərinə görə, martın 10-da BQXK əməkdaşları qardaşına və Dilqəm Əsgərova baş çəkib hər ikisinin məktubunu çatdırıblar. Dilqəm məktub yazsa da, Şahbaz cavab yazmaqdan imtina edib: "O, bizə sonuncu dəfə yanvar ayının 29-da məktub yazıb. Ondan sonra iki dəfə məktub yazsam da cavablandırmır. BQXK əməkdaşları isə bizə sadəcə onun cavab yazmadığını deyirlər. Onun məktub yazmaması bizi narahat edir. Taleyindən nigaranıq”.

 Şahbaz Quliyevin ailəsinə məktub yazmamasının səbəbləri ilə bağlı sualları cavablandıran BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirdi ki, saxlanan şəxslərin ailələrinə məktub yazıb-yazmaması qurumun səlahiyyətində olan məsələ deyil: "Əməkdaşlarımız saxlanan şəxslərin hansı səbəbdən məktub yazmaması ilə maraqlanmır. Biz sadəcə yazılan məktubları çatdırırıq və ailələrinə onların saxlanma şəraiti və vəziyyəti barədə məlumat veririk”.

 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüblər. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu müqavimət göstərdiyi üçün öldürüblər. Ermənilər hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər.

 Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm” çıxarıb.

 Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.  

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300