Son aylar Administrasiyadan gələn ciddi tapşırıqların öhdəsindən gələ bilməyən icra başçıları böyük təşviş içindədirlər. Prezident İlham Əliyevin sonuncu müşavirəsində son xəbərdarlıqlar alan bəzi rayon icra başçıları daha ciddi rejimdə işləməyə məcbur olublar.

Elə bu səbəbdən də bəzi icra başçıları özlərini prezidentin gözündə yaxşı göstərmək üçün bütün vasitələrə əl atırlar.

Bizimxeber.az-a Cəlilabad sahibkarlarından daxil olan məlumata görə, iki gün əvvəl Cəlilabad rayon icra başçısı Əziz Əzizov öz yaxın adamlarına göstəriş verib ki, Novruz bayramının daha təmtəraqlı keçirilməsi üçün vəsait toplansıın.

Məlumatda qeyd olunur ki, bütün idarə və müəssisə rəhbərləri ayrı-ayrılıqda bayram şənliyinin keçirilməsi üçün puı toplamağa başlayıblar. Üstəlik rayondakı sahibkarlar da 300 manat pul verməlidirlər.

 Məlumatda deyilir ki, Əziz Əzizov eyni göstərişi yeni ildə də veribmiş, Buna etiraz edən sahibkarlara isə bildirilib ki, pulu verməsələr ciddi təzyiqlərlə üzləşmək məcburiyyətində qalacaqlar.

Məlumat üçün bildirək ki, Əziz Əzizov prezidentin ciddi  və son xəbərdaqlığını alan icra başçılarındadır. Ötən il az qala vəzifəsini itiriən Əziz Əzizov görünür hələ də sözünün  üstündə dayana bilmir.

Daxil olan məlumata görə, sahibkarlar Novruz şənliklərində iştirak etməkdən imtina ediblər. Onlar icra başçısı Əziz Əzizovdan prezidentə şikayət etmək üçün bəyanat hazırlayırlar… (bizimxeber.az)

 

Uluyol.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300