Müsavat Partiyasının başqanı Arif Hacılı parlament seçkilərinin nəticələri ilə bağlı noyabrın 2-də keçirdiyi mətbuat konfransında seçkilərin nəticələrini tanımadıqlarını bildirib. O, seçkilərdə iştirakdan imtina etmələrinin MSK tərəfindən qəbul edilməməsini azad seçki prinsipinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

Arif Hacılı seçki kampaniyası dövründə jurnalistlərə, müxalifət nümayəndələrinə, imza verən seçicilərə qarşı basqılar olduğundan, seçki təbliğatı üçün namizədlərə bərabər hüquqların verilməməsindən söz açıb.

"Seçki günü faktiki olaraq alternativsiz seçkilərin keçirilməsinə rəğmən, Azərbaycan hakimiyyəti yenə də saktakarlıqlara yol verib. Bizim müşahidəçilərin müəyyənləşdirdiyinə görə seçkilərdə seçicilərin on faizi iştirak edib. Bir çox dairələrdə hətta on faizdən daha aşağı seçici aktivliyi müşahidə olunduğu halda, Azərbaycan hakimiyyəti guya ölkə üzrə 55 faiz seçicinin seçkilərdə iştirak etdiyini bəyan edib. Bu da saxtakarlığın ən bariz nümunələrindən biridir"

Müsavat Partiyasının başqanı Azərbaycan cəmiyyətinin təhlükədə olduğunu bildirib. Arif Hacılı bunun səbəbini Azərbaycan hakimiyyətinin demokratik inistitutları sıradan çıxarmaq istiqamətində apardığı fəaliyyətinin nəticəsi kimi qiymətləndirib:

"Bir çox gənc Azərbaycanda siyasi, iqtisadi karyeralarıın, ümumiyyətlə, normal həyatlarının qurlmağına inamını itirərək, xarici ölkələrə, xüsusilə qərb ölkələrinə üz tuturlar".

Mətbuat konfransında Arif Hacılı seçkiyə mandat almaq üçün getmədiklərini də bildirib.

"Biz düşünürük ki, bu parlamentin ömrü beş il olmayacaq. Çünki bu parlamentdə olan insanlar Azərbaycan xalqını təmsil etmir. Nəinki Azərbaycan xalqının təmsil etmir, bundan əvvəlki dövrlərdə millət vəkili postunu tutaraq əslində öz mənafelərinə xidmət etmiş insanlardır. Azərbaycan cəmiyyətinin eyni zamanda konkret seçicilərinin mənafelərinə xidmət etməyən adamlar, Azərbaycan cəmiyyəti tərəfindən ən mənfi, ikrah hissi ilə qarşılanan insanlardır. Azərbaycan xalqının bəlkə də ən bəyənmədiyi 125 nəfəri ölkənin hər yerində tapıb, siyahı tutub bunları xalqın seçdiyi millət vəkilləri kimi Azərbaycan cəmiyyətinə sırıyıblar. Təbii ki, müəyyən siyasi şərait yaranan kimi Azərbaycan cəmiyyəti öz gələcəyi uğrunda mübarizəyə ayağa qalxan kimi bu vəziyyət dəyişəcək. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi labüd olacaq."


 

Meydan.tv


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300