Avropa Parlamentinin rəhbəri Putinə qarşı sanksiyaların tətbiqinin mümkünlüyünü istisna etməyib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Brüsseldə  Avropa Parlamentinin sədri Martin Şults  bildirib.

 

Martin Şults  Ukraynanın hazırladığı "Savçenko siyahısı”nın ona təqdim edildiyini təsdiqləyib.  

 

 

"Bu siyahı mənə təqdim edilib. Müvafiq qurumlarımız və mən özüm də bu siyahını araşdıracağıq. Siz sualı belə qoydunuz: "Siyahıda yer alan bütün şəxslər persona non qrata elan ediləcəkmi və siz özünüz prezident Putinin adını çəkmisinizmi? Mənim cavabım belədir: "Siyahıdakı şəxslərin hamısı persona non qrata elan edilməyəcək. Ola bilər ki, bu bir nömrəli şəxsə (Rusiya prezidentinə) aid edilməsin”, - deyə Martin Şults  ukraynalı jurnalistin müvafiq sualına cavabında bildirib.

  

Qeyd edək ki,  "Savçenko siyahısı” 40 nəfərdən çox şəxsi əhatə edir.

 

İlkin məlumata görə, siyahıya Rusiya FTB rəhbəri Aleksandr Bortnikov, İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin, XİN rəhbərinin birinci müavini Vladimir Titov daxil edilib.  

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300