Zərdab rayonunda pensiyaların verilməsində bir sıra problemlər yaşanır. 

Avropa.info-nun redaksiyasına daxil olan məlumatda bildirilir ki, artıq iki gündür pensiyaların hesaba küçürülməsinə baxmayaraq vətəndaşlar öz pullarını bankomatdan çıxarmaqda çətinlik çəkirlər. 

Rayon sakinlərinin pensiyalarını almasında yaranan problem isə rayon ərazisində yerləşən 3 bankomatdan sadəcə birinin işləməsi ilə bağlıdır. 

Beynəlxalq bankın rayon ərazisində yerləşən bankomatları uzun zamandır işləmədiyi və yaranmış problemlə maraqlanan olmadığı üçün sakinlər pensiyalarını bəzən bezərək başqa banklara aid bankomatlardan çıxarmalı olurlar. Bu zaman da təbii ki, pensiyanın bir hissəsi həmin bankomat tərəfindən tutulur. 

Qocalar, yaşlı  qadınlar və xəstələr gecə saat 1-ə qədər işləyən yeganə bankomatın qarşısında növbə tutmalı olur. 

Məsələni ağırlaşdıran bir başqa nüans də ondan ibarətdir ki, rayon ərazisində işləyən yeganə bankomat təkcə rayon əhalisinə deyil, həm də kəndlərdən gələn pensiyaçılara xidmət etməli olur. 

Rayonun pensiyaçıları səbirsizliklə məsələ ilə bağlı aidiyyatı qurumların bir tədbir görməsini gözləyirlər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300