Daxil olan növbəti şikayət məktubunda deyilir: "Mən İsayeva Nərgiz Aburrəhman qızı mətbuat vasitəsi ilə ölkə prezidenti İlham Əliyev cənablarına və Mehriban Əliyevaya müraciət edərək bildirirəm ki, Ziya Məmmədovun qohumları bayramımızı qara gətirilər

Övladım İsayev Əlibaba Ağaəli oğlu uzun illərdi ki ağ ciyər xəstəsidir vərəm xəstəliyi üzündən indi ölüm yatağındadır . Ucar rayon mərkəzi xəstəxanası Baş həkimi Zeynal Bayramlı və Təranə həkim övladımın müayinə və müalicəsindən boyun qaçırırlar və iynə dərmanlarımız yoxdur get başqa yerə deyirlər. Övladım isə yataqdadır onu Bakıya aparmaq üçün təcili yardım maşınına isə məndən pul istiyillər . Zeynal həkimin yanına getdim ki övladıma köməklik göstərilsin Zeynal həkim isə mənə sən nə həyasız əxlaqsız adamsan əl çək bizdən deyib məni təhqir etdi. Bu haqda rayon rəhbərinin qəbulunda oldum və Mənsur məllimə dərdimi danışdım bundan sonra bizə icra hakimiyyəti binasında dərman peraparatları verildi ancaq övladıma cidi həkim nəzarəti və xəstəxanaya yerləşdirilməsi müayinə və müalicəsindən baş həkim və Təranə həkim imtina edir deyirlər ki pul ödəməliyəm . Bundən əlavə övladımın əlillik dərəcəsi alması üçün lazim olan sənədləri verməkdəndə əsassız olaraq imtina edirlər . Cənab prezident bu baş həkim o dərəcəyə çatıb ki artıq ölüm ayağında olan xəstəyə dərmanı rayon rəhbəri tapıb verir ancaq həkim müayinədən boyun qaçırdır. Bu insanın etdiyi haqsızlıqlara isə rayonda heç kəs dayan deyə bilmir çün ki Ziya Məmmədov onun qohumudur .
Cənab prezident mən qoca yaşlı biq qadın kimi ana kimi sizi bu novruz bayramı münasibəti ilə təbrik edirəm ancaq sizdə bilin ki bizim bayramımız qara gəlib övladım ölüm yatağındadır . Xahiş edirəm iki az yaşlı uşaq atası olan övladımın təcili olaraq həkim nəzarətinə alınmasına yardım edəsiniz".(dia.az)

Qarşı tərəfi də dinləməyə hazırıq...

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300