Lənkəranda «saxta sənəd» böhranı
Taleh Qaraşov dənizkənarı torpaq sahələrini satmaq üçün əhaliyə verilmiş pay torpaqlarının sənədlərini belə «saxta» çıxartdırır 

Lənkəranda heç kimin ağlına gəlməyəcək qalmaqal yaşanır. Politika.az xəbər verir ki, rayonda əhali ilə yerli İcra Hakimiyyəti arasında artıq mübahisə münaqişəyə çevrilmək həddindədir. Səbəb isə icra başçısı Taleh Qaraşovun şıdırğı torpaq biznesinə girişməsidir. 

Məlumatlarda deyilir ki, Lənkəranda hələ 1997-ci ildə əhaliyə verilmiş pay torpaqlarının sənədləri bir-bir «saxta» çıxarılır. Bu işdə Taleh Qaraşova yerli Dövlət Rester Xidməti yardımçı olur. İnsanlar əllərində rəsmi imzalı, möhürlü, ştamplı sənədlərlə müraciət etdikləri qurumlardan şok cavab alırlar. Onlara bildirilir ki, həm imza, həm möhür, həm də ştamp saxtadır və ona görə də, bu torpaqların bölüşdürülməsi yenidən həyata keçirilməlidir. 

Verilən məlumatlarda vurğulanır ki, sənədləri «saxta» çıxan kəndlərin böyük əksəriyyəti dəniz kənarında yerləşir. Bu isə o deməkdir ki, Lənkəranın icra başçısı gedər ayaqda bütün dənizkənarı torpaq sahələrin ələ keçirərək, onları satmaqla böyük gəlirlər əldə etməyə çalışır. Çünki belə ərazilərdə bir sot torpağın qiyməti təqribən 1000 manatdan başlayır. Bəzi yerlərdə isə qiymət 2000 manata qədər bahalaşır. 

İşin ən dəhşətli tərəfi isə odur ki, bəzən sovet dövründə vətəndaşlara verilmiş həyatyanı torpaq sahələri də «etibarsız» sayılaraq, sənədləri «saxta» çıxarılır. Məlumatlara görə, Taleh Qaraşovun tapşırığına əsasən gəlirli torpaq sahələri müəyyənləşdirilir və onların sahiblərinə xəbərdarlıq edilir ki, ərazini boşaltsınlar. Ya da, həqiqi sahibləri yenidən pul verib, həmin torpaq sahələrini ala bilərlər. 

Qarşı tərəfi də dinləməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300