Politoloq:

Pentaqon YPG-yə daha silah verməyəcək

Bunla bağlı Pentaqon rəsmisi polkovnik Stiv Varren məlumat verib.

Onun sözlərinə görə, ABŞ Türkiyənin bu məsələdəki narahatlığını anlayır və ona görə də YPG-yə silah verməyəcək.

Türkiyədə keçirilən seçkidən sonra ABŞ-ın bu addımı atması ABŞ-Türkiyə münasibətlərinin isinməsi kimi qiymətləndirilir.

ABŞ Türkiyə münasibətlərini və ABŞ-ın YPG-yə silah yardımını dayandırmasını politoloq Qabil Hüseynli Ölkə.Az-a şərh edib:

"YPG İŞİD-ə qarşı mübarizədə müəyyən hərəkətlər etdi. Ancaq məsələ ondadır ki, YPG-yə verilən silahların çoxu PKK-nın Qəndil dağındakı silah depolarından çıxdı və bunu sübut kimi ABŞ-a təqdim etdilər. Üstəlik də YPG-nin nümayəndəsi Moskvaya getdi, ruslarla birgə hərəkət etmək barədə gizli danışıqlar apardılar. Bu danışıqlar iflasa uğradı. ABŞ və Türkiyəyə bəlli oldu ki, YPG ikili oyun oynayır, gah ABŞ-n etimadını qazanmaq istəyir, gah da Rusiyanın. Kürdlərin digər qolları ABŞ-la işbirliyində olsalar da Rusiya ilə də münasibət saxlayırlar. Ona görə ki, Rusiya onlara müstəqil dövlət yaratmaq, silah vermək sarıdan daha loyal münasibətlər bəsləyir.

ABŞ-ın AKP iqtidarı ilə münasibətləri soyuqdur. ABŞ belə düşünürdü ki, bu seçkilərdə AKP təkbaşına iqtidar olmaq imkanını qazana bilməyəcək. Koalisiya hökuməti yaranacaq və yaxud AKP daha az səs yığacaq. Ancaq seçkilər əksini göstərdi. Belə olan təqdirdə ABŞ NATO üzvü və bu bölgədə ABŞ-ın ən yaxın müttəfiqi olan Türkiyə ilə münasibətləri korlamaq istəmir. YPG qruplaşması 100 min nəfərə yaxın əhalisi olan bir bölgəni əhatə edir və qruplaşmanın 5-6 minlik silahlı dəstəsi var. Bu qruplaşmanın siyasi dəsti-xətti bəlli deyil. İstənilən vaxt manevr edib başqa cəbhəyə keçə bilər. Bu baxımdan Əl-Nusra cəbhəsi ABŞ üçün örnəkdir. Vaxtı ilə Əl-Nusra cəbhəsini ABŞ silahlandırdı, təlim keçdi, ancaq hazır olan kimi özlərini müstəqil təşkilat elan etdilər və ayrıca hakimiyyət uğrunda mübarizə aparmağa başladılar. Hal-hazırda Yaxın Şərqdə silahlı dəstə yaratmaq, onlara təlim keçmək və mütəmadi olaraq onları maddi və mənəvi yardımla təmin etmək sonda gözlənilən nəticəni vermir. Ona görə də, ABŞ ehtiyatlı davranmağı qərara alıb. Üstəlik də ABŞ artıq İraqdan quru qoşunlarını çıxarmağı qərara alıb.

Belə görünür ki, ABŞ Türkiyədən kifayət qədər vədlər alıb. Yəni Türkiyə özü də son iki ildə ABŞ-la münasibətləri korlama, Rusiya ilə yaxınlaşma xətti tutdu. Türkiyə NATO kursundan kənara çıxanda həmişə ziyan çəkir. Ona görə də, bu xətdən çıxmamalıdır. Türkiyə yəqin ki, NATO-nun xəttinə sadiq qalacağına ABŞ-ı inandırıb".

Səxavət Məmməd
Ölkə.Az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300