Bildiyimiz kimi, insan torpaq, su, hava və ruh olmaqla, dörd ünsürdən yaranıb. (Həmçinin, təbiət 4 fəsildən, kainat 4 cəhətdən ibarətdir və səmavi kitablar da 4-dür.) Çərşənbələrin də sayı bunlara uyğun –torpaq, su, yel (hava) və od – olmaqla, dörddür. Bunlardan əvvəlki ikisi eyni adla adlanır. "Yel” isə havaya işarədir. İnsanın yaradılış ünsürlərindən olan və ona istilik, enerji verən ruh nur şəklində olduğundan və gözlə görünmədiyindən, onu simvolik olaraq odla əvəz ediblər.
Müqəddəs Qurani-kərimdə kainatın altı gündə (Bazar günündən başlamaqla, cümə günü başa çatıb.) yaranması qeyd olunmuşdur. İki günə Yer, iki gündə isə, insanların qidalanması üçün Yer üzərində olanlar (ruzilər) yaradılmışdır. Sonrakı iki gündə isə göydə olanlar yaradılmışdır: "Doğrudanmı siz Yeri iki gündə yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!” Quran, 41:10 "O, Yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və Allahdan ruzi istəyənlər üçün bərabər olaraq Yer əhlinin ruzisini dörd gündə (fəsildə) müəyyən etdi”. Quran, 41:10-11. Bu ayələrin mahiyyəti ilə, insanın yaradılışı və dörd çərşənbənin qeyd olunması arasında əlaqə aydın şəkildə görünür. Odur ki, bəzi dindarların Novruz bayramının dinə uyğun olmaması haqdakı fikirləri əsassızdır. Məlumdur ki, martın 21-də baharın gəlişi ilə torpaqda oyanış yaranır və əkinçilər ruzi əldə etmək üçün fəaliyyətə başlayırlar və fəaliyyətlərinin əsas istiqaməti torpaq və sudur. Bahar fəslində əsən YEL isə, meyvə ağacları üçün rəncbər rolunu oynayır. Yəni ağacların toxumlarını kənara səpələməklə, onların tozlanmasını (mayalanaraq, ruzi verməsini) təmin edirlər. Baharın gəlişi ilə havanın hərarəti artır ki, OD-da buna işarədir. Sual yarana bilər ki, ruzi ilə bağlı olan bu mərasimlər niyə məhz çərşənbə günləri qeyd olunur? Məsələ burasındadır ki, yuxarıdakı "Quran" ayəsi ilə hesabladıqda, ruzinin yaranması həftənin ikinci və üçüncü (çərşənbə axşamı və çərşənbə) günlərinə düşür. Odur ki, mərasimlər də bu günlərdə keçirilir. Yeri gəlmişkən, qeyd edim ki, "Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində vəhabilər hakimiyyətə gələnə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün quranlar 286 səhifəyə yerləşdirilib. Araşdırmalarımız göstərir ki, bu, təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq isə, özünü aşağıdakı hikmətlərdə biruzə verir: 1) "Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı – Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində "Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) Quranın 2-ci surəsi olan "İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. 4) İnsanlar ən çox Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. Buradan görünür ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olmaqla, həyatımızın bütün vacib sahələrinin üzərinə vurulmuşdur. O cümlədən, Novruz bayramı da, təqvim dəyişməsi olduğundan (təqvimləri yaradan alimlərə də elmi Allah vermişdir), bu bayramın da üzərinə Allah-təala öz möhürünü vurmuşdur. Bir daha qarşıdan gələn novruz bayramınızı təbrik
edib, sizə bol-bol ruzi, bərəkət arzulayıram.

Tədqiqatçı-yazar: PAŞA YAQUB
 
ULUYOL.İNFO
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300