Bəd-nəzər (gözdəymə) həqiqətən varmı? Dinimiz bu barədə nə deyir?


Gözdəymə (bəd-nəzər) məsələsinə İslam alimlərinin münasibəti birmənalı deyil. Bəzi müsəlman alimləri gözdəymənin sadəcə olaraq özünü-təlqin olduğunu bildirir və ona inanmamağı məsləhət görürlər. Bəzi alimlər isə bunun həqiqət olduğunu, mənfi enerji şəklində bir insandan başqa insana ötürülə bildiyini iddia edirlər. Onlar Qurani-kərimdə Həzrət Yəqub Peyğəmbərlə (ə) bağlı bir hadisəni də öz iddialarına sübut kimi gətirirlər. Həzrət Yəqub Peyğəmbər (ə) öz oğullarını Misrə göndərəndə onlara tapşırırmışdı: "Oğullarım! (Şəhərə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun” (Yusif, 67). Təfsirçilərin bir qismi yazır ki, Yəqub Peyğəmbər (ə) oğullarının sayının çoxluğuna görə onlara göz dəyməsin deyə, şəhərə ayrı-ayrılıqda girmələrini məsləhət görmüşdü. Bəd-nəzərin həqiqət olduğu barədə hədis və rəvayətlər çoxdur. Məsələn, Həzrət Mühəmməd Peyğəmbər (s) öz nəvələri Həsənlə Hüseyni (ə) qorumaq üçün dua oxumuş və buyurmuşdu ki, bu duanı vaxtilə Həzrət İbrahim Peyğəmbər (ə) öz oğulları İsmaillə İshaq (ə) üçün oxuyubmuş. Həmçınin, Peyğəmbərimiz əmisi oğlu Cəfər ibn Əbu Talibin uşaqlarının bəd nəzərdən qorunması üçün üstlərində dua gəzdirmələrinə icazə vermişdi. İmam Əlinin (ə) isə belə buyurduğu rəvayət edilir: "Göz dəyməsi həqiqətdir, ondan qorunmaq üçün duadan istıfadə etmək də həqiqətdir”. Gözdəymənin qabağını almaq üçün batil üsullardan (gözmuncuğu, qaratikan, nal) istifadə etmək günahdır. Bəzi məlumatlara görə, nəzər ayəsini (Qələm, 51-52) oxumaqla, yaxud kağıza yazıb öz üstündə gəzdirməklə, ya da evin divarından asmaqla bəd nəzərdən amanda qalmaq mümkündür.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300