"Melissa Group"un binasında yıxılan bənna aldadıldığını deyir

 

"Melissa Group"a məxsus "Feba MTK” G3 nömrəli binadan yıxılan zərərçəkən şəxsin şikayəti ilə bağlı məhkəmə iclası keçirilib.

 

Qaynarinfo-nun məlumatına görə, Sevindik Həsənov adlı şəxs "Melissa Group”a məxsus olan MTK tərəfindən yeni inşa edilmiş G3 nömrəli binanın tikintisində bənna işləri görərəkən taxta ayaqaltının üzərində büdrəyib və beton səthin üzərinə düşərək ağır xəsarət alıb.

 

"Melissa Group”un podrat müqavilə əsasında tikinti işlərinə rəhbərlik edən Elçin Ağamalıyev adlı şəxs Sevindik Həsənov barəsində özəl xəstəxanaların birində müsbət rəy alaraq, onu Ağdaş rayonunda yaşadığı evinə göndərib.

 

2-3 ay ona dövlət qurumlarına şikayət etməməsi üçün hər ay 100-200 manat pul göndərib və sosial problemlərini həll edəcəyinə də söz verib.

 

Sağaldıqdan sonra onu şirkətə mühafizəçi kimi işə götürəcəyini də bildirib. Lakin bir neçə aydan sonra Sevindik Həsənovun kredit borclarının şişdiyi, sosial durumunun ağırlaşdığı üçün Elçin Ağamalıyeva maddi kömək üçün zəng edib.

 

"Melissa Group”da iş icra edən şəxs onun telefon zənglərinə cavab verməyib.

 

Sevindik Həsənov onun vədinə əməl etməyəcəyini bilib və prokurorluğa müraciət edib.

 

Prokrorluqda 1980-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş Elçin Ağamalıyev barəsində Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarı ilə "Melissa Group”un podrat müqavilə əsasında tikinti işlərinə rəhbərlik edən Elçin Ağamalıyev sözügedən maddə üzrə təqsirli bilinib, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300