Əli Kərimlidən Müsavata dəstək ziyarəti
Bu gün AXCP sədri Əli Kərimli Müsavatın qərargahında başqan Arif Hacılı ilə görüşüb.
Bu haqda Əli Kərimli özünün feysbuk səhifəsində bildirib.
"Müsavat partiyasının başqanı Arif Hacılı ilə görüşdüm.
Azərbaycan hakimiyyəti Arif bəyə təzyiq məqsədilə oğlu Orxan Hacılını həbs
etdirib. Bugünki görüşümüzdə bu sınaq zamanında böyük Cəbhə ailəsinin Arif bəyə
və Orxan bəyə tam dəstəyini ifadə etdim.
Arif bəylə İlham Əliyevin təyin etdiyi qəfil seçkiləri və ölkədəki repressiv
mühiti də müzakirə etdik” – deyə, AXCP sədri vurğulayıb.