Vətəndaş cəmiyyəti fəalları İlham Əliyevə müraciət ediblər

 

Azərbaycanda fəaliyyət göstərənhüquq-müdafiə təşkilatları, vəkil vəmedia nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir: «Biz, Azərbaycanda fəaliyyət göstərən bir qrup hüquq müdafiəçisi, jurnalist, vəkillər, gender üzrə mütəxəsislər "Ədalət Naminə Həmrəylik Komitəsi” nın təşəbbüsü ilə bu gün 10 dekabr Beynəlxalq İnsan Haqları günü keçırırık. Biz ölkədə gedən siyasi prosesləri diqqətlə izləyir, Sizin Qarabağ torpaqlarını işğaldan azad edilməsi sahəsində apardığınız uğurlu siyasəti alqışlayırıq və eləcə də orada apardığınız yenidənqurma işlərini yüksək dəyərləndiririk. Qarabağ münaqişənin həllində əsrlər boyu əldə edilməsi mümkün olmayan tarixi uğura imza atdınız. Bu gün Azərbaycan xalqı Sizdən insan hüquq və azadlıqları, həmçinin sosial siyasət sahəsində də uğurlu islahatlara imza atmağınızı gözləyir və bunun mümkün olduğuna inanır».

Bütün bunlarla yanaşı fəallar hazırda Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı bəzi məqamları dövlət başçısının diqqətini çatdırır.

«Fərqindəyik ki, ölkədə baş verən elə hadisələr var ki, beynəlxalq imicimizə mənfi təsir göstərir. "Xaricdə Azərbaycanın əleyhinə fəaliyyət göstərən bəzi quvvələr bu hadisələri Azərbaycanda antidemokratik amillər kimi təqdim edir və ölkəmizi dünyanın ictimai rəyində gözdən salır”. İstər hüquq-mühafizə orqanları, istərsə də məhkəmə-hüquq sisteminin bir çox məsələlərdə mövcud qanunlardan sui-istifadə etməsi, onları şəxsi maraqları naminə heçə salması ölkədə ciddi problemlərə yol açır. Məhkəmələrin fəaliyyətinin müstəqil olmaması, ədalətsiz hökmlərin sayını artırır.Son vaxtlar bir çox istər tanınmış ictimai-siyasi xadim, mətbuat nümayəndəsi, istərsə də dini kəsim nümayəndəsi kifayət qədər əsassız ittihamlarla həbs olunub. Hazırda yüzlərlə insanın taleyinə təsir göstərən bu həbslər, həm də insanların dövlətə qarşı inamına zərbə vurur», – daha sonra sənəddə deyilir.

"Xural” Media Qrupunun rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı və "Səda TV” internet kanalının əməkdaşı Elnur Şükürov, Osman Rzayev, İlham Aslanoğlu Təhməzov, Kanal 13 youtube kanalının Bakı ofisinin rəhbəri Əziz Orucov hüquq müdafiəçisi Bəxtiyar Hacıyev, Azərbaycan Demokratiya və Rifah Partiyasının təsisçisi və sədri, London İqtisadiyyat Məktəbinin (LSE) müəllimi, prof. Qubad İbadoğlu, İqtisad elmləri doktoru,”Baydəmirli Xeyriyyə Fondunun” təsisçisi Nazim Baydəmirli, müstəqil "İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiəddin Məmmədov, bu yaxınlarda isə bir çox tanınmış jurnalist və bloqerlər – Ülvü Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Məhəmməd Kekalov, Ruslan Vahabov, Müsavat Partiyası başqanının oğlu Orxan Hacılı və digərləri heç bir əsaslı dəlil-sübut olmadan həbs edilib.

«Düşünürük ki, qarşıdan gələn "Dünya Azərbaycanlıların Həmrəylik Günü” münasibətilə, eyni zamanda Prezident seçkiləri ərəfəsində Sizin humanist addım ataraq, siyasi məhbus məsələsini həll etməniz Azərbaycanın əleyhinə olan siyasi təxribatların və mənfi ideoloji təpkilərin qarşısını almaqla yanaşı, beynəlxalq və daxili imicinə də birbaşa müsbət təsir göstərə bilər.Bütün bunları nəzərə alaraq, Sizdən xahiş edirik ki, Azərbaycan dövlətinin hüquqi dövlət olduğunu bir daha gündəmə gətirərək, adları çəkilən və hal-hazırda həbsdə saxlanılan ictimai-siyasi xadimlərə qarşı humanist addım atasınız və səlahiyyətlərinizdən istifadə edərək, onların azadlığa buraxılmasında yardımçı olasınız», – müraciətin sonunda deyilir.

Müraciəti Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənənyarlı, Dilarə Əfəndiyeva, Mehman Əliyev, Hilal Məmmədov, Sevinc Sadıqova, Məlahət Zeynallı, Zibeydə Sadıqova, Şəhla İsmayıl, Mehriban Zeynalova, Gülarə Nərimanova,Rəsul Cəfərov, Qalib Toğrul, Elçin Həsənzadə və digərləri imzalayıb


/Turan

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300