Fazil Məmmədovun müşaviri Eldar Mahmudovun yolu ilə gedir

Bakı Vergilər Departamentinin rəisi prezidentin tapşırıqlarına məhəl qoymur; Habil Məmmədov sahibkarlardan "haqq” yığır; market sahibləri qarşısında elə bir tələb qoyulub ki...

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.

Verilən tapşırıqlara uyğun olaraq 2015-ci oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsi təsdiq edilib və 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. 

Eyni zamanda prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub. 


Ölkə rəhbərliyinin bu addımı sahibkarlığın inkişafına böyük təkan verəcək. Əlbəttə ki, bəzi dövlət qurumları sahibkarların fəaliyyətinə yersiz müdaxilə etməsələr...
Prezidentin çıxışından sonra dövlət qurumlarında qanunsuz yoxlamalar, süni əngəllər dayandırılsa da, cari ilin əvvəllərindən etibarən bəzi işbazlar yenidən köhnə adətlərinə qayıdıblar.

Ölkədə sahibkarların fəaliyyətinə ən çox əngəl yaradan nazirlik isə heç şübhəsiz ki, Vergilər Nazirliyidir.

Prezident İlham Əliyev dəfələrlə qanunsuz yoxlamalara, iş adamlarına qarşı haqsızlığa son qoymağı tələb edib. Dövlət başçısı həmçinin sahibkarları incidən məmurların ciddi şəkildə cəzalandırılacağını bildirib. Amma görünür, prezidentin tapşırığı Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı, büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri, nazirliyin audit departamentinin müdiri Habil Məmmədovun qulağına gedib çatmayıb.


Vergilər Nazirliyinin bütün işlərini idarə edən və nazir Fazil Məmmədovun "pulyığanı” hesab edilən Habil Məmmədovdan narazılıq pik həddə çatıb. 

Görünən odur ki, dövlət başçısının "sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır, yəni başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır”, - sözlərinin Vergilər Nazirliyinə heç bir dəxli yoxdur.

Habil Məmmədov ötən həftənin sonlarında market sahibləri ilə mövcud vəziyyətlə bağlı müzakirələr aparıb. Maraqlısı isə odur ki, H.Məmmədov sahibkarların problemlərini dinləmək əvəzinə, sahibkarlara əlavə "tas” qoyub. Market sahiblərinə bildirilib ki, bundan sonra ödədikləri vergidən əlavə ümumi dövriyyənin 6 faizini də "haqq” ödəyəcəklər.
Bu addım ölkə başçısının start verdiyi fəaliyyəti sabotaj etməklə yanaşı, sahibkarları ölkədən küsdürür. 

Həmçinin Habil Məmmədovun əmri ilə sahibkarların şəxsi vərəqlərindən külli miqdarda pul silinib. Eyni zamanda bu yaxınlarda "kameralar”ın tətbiqi gözlənilir. 

Bu qanunsuz işdə Habil Məmmədova rəis müavini Nəsimi Cəfərov, Sənaye və tikinti materiallarının pərakəndə satışı üzrə audit idarəsinin rəisi Vüqar Rzayev, Digər pərakəndə ticarət sahəsi üzrə audit idarəsinin rəisi Emil Xanməmmədov yaxından yardım edib. Onlar market sahiblərinə qoyulan "xərac”ın vaxtı-vaxtında çatmasına nəzarət edirlər, əks halda, sahibkarların şəxsi vərəqlərindən pulları silib, öz qanunsuz gəlirlərini təmin edirlər. 

Xatırladaq ki, ötən aylarda dövriyyənin 2 faizi tələb olunmuşdu və bir müddət sonra bu rəqəm 4 faizə qaldırılmışdı. İndi isə Habil Məmmədov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yolu ilə gedərək sahibkarları "tas”a otuzdurmaq qərarına gəlib, ona tabe olmayanları isə müxtəlif yollarla hədələyib, qorxutmaq istəyir. Bu ssenari Azərbaycan cəmiyyətinə heç də yad deyil. Ancaq bu praktika heç də hər zaman işə yaramır; bunu praktikaya tətbiq etmək istəyənlər bəzən çox pis cəzalandırılırlar... 

Son olaraq qeyd edək ki, devalvasiyadan sonra ölkədə onsuz da çətin vəziyyət yaranıb. Bakı və bölgələrdə çox sayda mağazalar bağlanıb, ticarət "ölü nöqtə”yə düşüb. Belə bir vaxtda market sahiblərinə əlavə "tas” qoymaq durumu daha da pisləşdirir. Bu tələb market sahiblərinin narazılığına səbəb olması ilə yanaşı, həm də qiymətlərin süni şəkildə artmasına gətirib çıxaracaq və nəticədə yenə sadə vətəndaşlar zərər çəkəcəklər. Eyni zamanda yüzlərlə vətəndaş işsiz qalacaq və ölkədə sosial narazılıq pik həddə çatacaq. Onu da qeyd edək ki, sahibkarlar bununla bağlı yaxın zamanlarda prezident İlham Əliyevə müraciət etməyə hazırlaşırlar.

İqtisadiyyat şöbəsi-musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300