Bakı niyə 32 əsiri verməyə razı oldu? – Qriqoryan

 

"Ermənistanla Azərbaycan arasında aparılan bu danışıqlarda heç bir vasitəçi iştirak etməyib”.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində əsirlərin mübadiləsi haqda danışarkən deyib.

Qriqoryan Azərbaycanın niyə 32 əsiri 2 hərbi qulluqçuya dəyişməyə razı olmasına bu cür aydınlıq gətirib:

"Bu, danışıqların və razılaşmanın nəticəsidir. Bilirsiniz ki, iqlim dəyişikliyi ilə bağlı konfrans keçirilir və Azərbaycan bu tədbiri özü üçün vacib hesab edir. İrəvan da öz növbəsində bu konfransı Ermənistanda təşkil etmək üçün ərizə vermişdi, lakin danışıqlar davam etdiyindən və Azərbaycan böyük maraq göstərdiyindən Ermənistan güzəştə getməyə razı oldu və Azərbaycanın namizədliyini dəstəklədi. Və bununla da biz razılığa gəldik”.

O bildirib ki, bu, humanitar, eyni zamanda sülh sazişi istiqamətində növbəti müsbət addımdır:

"Bu, (əsirlərin dəyişdirilməsi – red.) ilk növbədə humanitar xarakter daşıyır, lakin bu, həm də razılığın əldə olunmasının mümkünlüyünü göstərdi və hesab edirik ki, sülh sazişinin imzalanması istiqamətində çox müsbət, mühüm addım oldu. Gündəliyimizdə sülh sazişi var, təbii ki, dekabr bir az çətin görünür, lakin biz dekabrın sonuna qədər sülh sazişi imzalamağa hazırıq”. (Axar.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300