Afiəddin Məmmədovdan xəbər var: "Təcridxanada vəziyyət ağırdır…”

 

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov Bakı İstintaq Təcridxanasındakı vəziyyətdən narazıdır.

Bu barədə İşçi Masası məlumat yayıb.

 

"Arqument.az"a verilən məlumata görə, fəal təcridxanadakı vəziyyət barədə yaxınlarına məlumat verib.

 

"Bakı İstintaq Təcridxanasında rəzil vəziyyət var. Kürdəxanıda vəziyyət bərbaddır, "voronok" bərbad vəziyyətdədir, havalandırma yoxdur. 5 nəfər üçün nəzərdə tutulmuş yerdə 9 nəfər saxlanılır. İçəridən üfunət iyi gəlir və yer zibillər ilə doludur. Hətta adi kağız buraxmırlar", - deyə Məmmədov bildirib.

 

Onun sözlərinə görə, bu vəziyyət məhbuslara psixoloji təzyiq üçün yaradılıb: "Məhkəmədən gələndə 1 saat "boks” adlandırılan yerdə gözlətməkləri, daha sonra MSY-ə gətirilərkən 4 saat saxlamaları sırf psixoloji təzyiqin olması üçün idi. Nəzarətçilərdən gözləmə səbəbləri soruşulanda özlərindən razı bir şəkildə "məsləhət biləndə apararıq” deyirdilər. Gətirilərkən və aparılarkən avtomobili çox sürətlə sürürlər, sanki kartof daşıyırlar. Nəticədə dustaqların ürəkləri bulanır və hər dəfə bir dustaq qaytarır".

 

A.Məmmədov bu il sentyabrın 20-də həbs olunub.

 

Ona qarşı CM-in 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 

A.Məmmədov özünü təqsirli bilmir və həbsini fəaliyyəti ilə əlaqələndirir. Amma rəsmilər, bir qayda olaraq, deyirlər ki, hüquq-müdafiə fəaliyyətinə görə ölkədə hər hansı təzyiqlər yoxdur.

 

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının daha iki üzvü - Elvin Mustafayev və Ayxan İsrafilov da həbsdədir.

 

Onlara qarşı CM-nin 234.4.3-cü (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama - küllü miqdarda) maddəsi ilə cinayət işi açıldığı deyilir.

 

Onların da ittihamları qəbul etmədikləri bildirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300