Hindistan İrəvanı niyə silahlandırır? -AÇIQLAMA

Ermənistan Hindistan üçün Cənubi Qafqaz regionunda mühüm tərəfdaşdır. İrəvan hər zaman Kəşmir məsələsində Hindistanı qeyd-şərtsiz dəstəkləyib, Ermənistan hər zaman Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyini dəstəkləyib. Ermənistan regionda Hindistanla dostluq əlaqələri olan yeganə ölkədir.

Yenicag.az Armenian News-a istinadla xəbər verir ki, bunu "Hindistan-Ermənistan Dostluğu” qeyri-hökumət təşkilatının sədri Ranancay Anand deyib.

Onun sözlərinə görə, geosiyasi məsələlərdə rəsmi Dehli və İrəvan ümumi maraqları güdürlər.

O izah edib ki, Hindistanın Azərbaycan və Gürcüstanla da yaxşı əlaqələri var:

"Ancaq Ermənistanın təhlükəsizlik problemlərini nəzərə alaraq, Hindistan İrəvana dəstək verməyə çalışır. Söhbət regionda sülhün qorunması adı ilə qüvvələr balansının yaradılmasından gedir ki, bölgədə gərginlik yaranmasın, yeni təcavüzkarlar meydana çıxmasın. Ermənistanla dostluq başqa ölkələrlə düşmənçilik demək deyil, regionda qüvvələr balansı yaradırıq”, – deyə ekspert qeyd edib.

O bildirib ki, Hindistan nominal ÜDM-ə görə dünyada beşinci, alıcılıq qabiliyyətinə görə isə üçüncü ən böyük iqtisadiyyatdır.

"Yaxın gələcəkdə qlobal inkişafda liderin Çin deyil, Hindistan olacağı proqnozlaşdırılır. Hindistanın həm geosiyasət, həm tranzit imkanları, həm də enerji təhlükəsizliyi baxımından Cənubi Qafqazda öz maraqları var. Ermənistanın "Dünyanın kəsişməsi” layihəsi Hindistanın yanaşmaları ilə üst-üstə düşür”, – deyə Ranancay Anand fikirlərini yekunlaşdırıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300