Azərbaycanın sövq edildiyi yeni ANTİTERROR ƏMƏLİYYATI:"O kəndlər işğaldan azad olunmasa...”

 

"İndiki çox həssas şəraitdə Ermənistanın gərginliyi artırmaq cəhdləri qbuledilməzdir və o addımların sərt qarşılığı olacaq”.

Bu fikirləri Ermənistanın son günlər Azərbaycanla sərhəddə əl atdığı təxribatları və belə pozucu addımların səbəblərini dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov yenicag.az-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Ermənistan mövcud situasiyada gərginliyin artırılması yönündə məqsədli fəaliyyətini davam etdirəcək:

"Ermənistan antiterror əməliyyatından sonra müəyyən beynəlxalq təşkilatları Azərbaycanın üzərinə yönəltməyə çalışır. Delimitasiya komissiyalarının görüşündən bir gün sonra Ermənistan rəsmiləri bəyan etdilər ki, Azərbaycan tərəfdən açılan atəş nəticəsində erməni hərbçi həlak olub.

Azərbaycan isə Ermənistanın bu iddiasını birmənalı rədd edən bəyanat verdi. Görünən budur ki, indiki şəraitdə Ermənistan dünya ictimaiyətini Azərbaycan əleyhinə yönləndirmək üçün bütün imkanlardan istifadə edəcək. Bu, əlbəttə ki, gərginliyin daha da artmasına xidmət edən fəaliyyətdir.

Qazaxda yeddi, Naxçıvanda isə bir kəndimiz hələ də işğal altındadır. Əgər həmin kəndlərin azad edilməsi danışıqlar yolu ilə baş tutmasa, Azərbaycanın bu məqsədlə növbəti antiterror əməliyyatına başlaması çox realdır. İndiki çox həssas şəraitdə Ermənistanın gərginliyi artırmaq cəhdləri qəbuledilməzdir və o addımların sərt qarşılığı olacaq”.

Səxavət Məmməd

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300