Eldar Mahmudovun adı daha bir QALMAQALDA: Keçmiş MTN şefinin dostu məhkəməyə verilir

Mərkəzi Bank keçmiş deputat Çingiz Əsədullayevi məhkəməyə verib.

Uluyol.info xəbər verir ki, bankın iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Ceyhun Tağıyev iş üzrə hakim təyin edilib. İşin mahiyyəti girov müqaviləsi üzrə mübahisələrdən ibarətdir. Əmanətlərin Sığortlanması Fondu işdə maraqlı şəxsdə qismində iştirak edir.

Çingiz Əsədullayev Milli Məclisin üçüncü çağırış deputatı olub. O, 90 saylı Ağdaş seçki dairəsindən deputat mandatı qazanıb.

Keçmiş deputat həmçin "AGBank”ın sahiblərindən biri kimi tanınıb. 2020-ci ildə Mərkəzi Bank adıçəkilən bankın lisenziyasını ləğv edib. "AGBank” hazırda ləğv prosesindədir. Ehtimal etmək olar ki, Çingiz Əsədullayev Mərkəzi Bank tərəfindən məhkəməyə verilməsi "AGBank”la əlaqəli proseslərdən qaynaqlanır.

Çingiz Əsədullayev həm də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dostu kimi tanınır. Bu faktın keçmiş deputatın özü də müsahibələrində gizlətməyib.

Çingiz Əsədullayevin deputat seçilməsi və bankirə çevrilməsində Eldar Mahmudovun rolunun olduğu deyilir.

Eldar Mahmudovun sabiqlərin sırasına qoşulmasından sonra Çingiz Əsədullayevin parlamentdən kənarda saxlanılması və bir müddət sonra "AGBank”ın lisenziyasının ləğv edilməsi bu iddiaların əsassız olmadığı qənaətini yaradır./Qaynarinfo

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300