"Abzas Media”nın daha bir əməkdaşı qaçaqmalçılıqda ittiham edildi

 

"Abzas Media”nın daha bir əməkdaşı, jurnalist Nərgiz Absalamova saxlanılıb. Bu haqda redaksiyadan məlumat verilib.

Bildirilir ki, noyabrın 30-da saat 15:00-da Bakı Şəhər Baş Polis İdarəsinə ifadə üçün çağırılan jurnalist idarədən Xətai rayon Polis İdarəsinə aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi açılıb.

Noyabrın 22-də Bakının Xətai Rayon Məhkəməsi "Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Nəşrin baş redaktoru Sevinc Vaqifqızı da eyni müddətə həbs edilib.

Hər ikisi onlara qarşı irəlü sürülənxarici valyuta qaçaqmalçılığı ittihamlarını rədd edib.

Vəkillər Elçin Sadıqov (Vaqifqızını müdafiə edir) və Zibeydə Sadıqova (Həsənlini müdafiə edir) jurnalistlərə bildiriblər ki, müvəkkillərinə qarşı ittihamlarınn hüquqi əsası yoxdur.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300