"Kanal13” internet televiziyasının jurnalisti həbs edildi

 

Dekabrın 2-də Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə "Kanal 13” internet televiziaysının aparıcısı, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının idarə heyyətinin üzvü Rüfət Muradlını İnzibati Xətalar Məcəlləsinin 535.1 madəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlandıraraq 30 sutka inzibati həbsə məhkum edib.

Bu barədə vəkil Nazim Musayev bildirib.

Jurnalist Bakının Xətai rayonu ərazisində Nargilə kafesinin yaxınlığında avrotomobilini dayanacaqda saxlayan zaman polis tərəfindən saxlanılıb. O bundan öncə çəkiliş aparmaq üçün "Abzas Media” internet nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqının evində olub.

Ailəsi jurnalistə qarşı ittihamı əsassız sayır.

"Rüfət mədəni, intellrktual insandır. O heç kimlə kobud davranmayıb. Onun həbsi siyasi fəaliyyəti ilə bağlı deyil, jurnalist fəaliyyətinin məhdudlaşdırılması, "Kanal 13” internet televiziyasında aparıcılıq fəaliyyəti ilə bağlıdır”, Rüfət Muradlının bacıcı Fərqanə Muradova Amerikanın Səsinə deyib.

Vəkil Nazim Musayevin sözlərinə görə jurnalist əhkəmədə deyib ki, polisə müqavimətlə bağlı heç bir hadisə baş verməyib.

"Avtomobilini dayanacaqda saxladığı vaxt mülki geyimli polislər onu saxlayıb. Amma məhkəməyə göndərilən sənəddə yazılıb ki, guya Rüfət bəy küçədə söyüş söydüyü zaman polis ona irad tutub. Bu məcrada guya aralarında nə isə yaranıb. Rüfət bəy müqavimət göstərib və buna görə saxlayıblar”, o qeyd edib.

Vəkil məhkəməyə etiraz bildirib.

"Mən məhkəmədən audio, video yazılış aparılmasını istədim. Hakim dedi ki, məhkəmə zalında belə imkan yoxdur. Bu zaman dedim Ii, məhkəmənin gedişini onun (vəkilin) telefonu ilə çəksinlər. Hakim buna da etiraz etdi. Məhkəmənin katibi də iclasın gedişi barədə qeyd aparmırdı. Sanki qərar qabaqcadan hazır idi. Hakim qərarı oxuyub məhkəməni yekunlaşdırdı”, o qeyd edib.

Muradlının saxlanılması "Kanal 13”-ün rəhbəri Əziz Orucovun həbsindən bir neçə gün sonraya təsadüf edir.

O son günlər həbs edilən 6-cı jurnalistdir.

Belə ki, noyabrın 28-də daha bir jurnalist – "Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov barəsində 3 aylıq həbs qətimkan tədbiri çıxarılıb. Cinayət Məcəlləsinin 188.2 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma_icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edib və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini qeyd edib.

Bununla yanaşı son günlər Abzas Media İnternet nəşrinin direktopru Ülvi Həsənli, drektor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, jurnalsti Nərgiz Absalomova həsb edilib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıblar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300