Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 23-24-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

O, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.

"Tədbirin gündəliyinə Proqram çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, regional layihələrin dəstəklənməsi üçün Etimad Fondunun yaradılması, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üçün yol xəritəsinin qəbulu, biznes təşəbbüslərinin təşviqi və digər məsələlər daxildir”, - məlumatda qeyd edilib.

Bu günlərdə Bakıda SPECA-nın bir sıra biznes tədbirləri, o cümlədən iqtisadi forum və Mərkəzi Asiya ölkələrinin sənaye potensialının sərgisi keçirilir.//Report

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300