Neft yenə üzüaşağı gedir: 1 gündə 5 dollar ucuzlaşdı

 

Dünya bazarında neftin qiyməti ucuzlaşır.

Musavat.com xəbər verir ki, bu saatlarda Londonun ICE birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 4 dollara yaxın ucuzlaşaraq 78,5 dollara, Nyu-York birjasında WTI neftinin bir bareli 73.89 dollara ticarət olunur.

Bu gün ərzində 5 dollardan yuxarı ucuzlaşmanın əsas səbəbi ABŞ-da neft ehtiyatlarının 9,1 milyon barel artması xəbəri, həmçinin əsas iqtisadiyyatlarda qeydə alınan zəif iqtisadi göstəricilər fonunda təklifin artmasıdır.

Noyabrın 26-da OPEK+ ölkələri nazirlərinin Vyanada görüşü gözlənilir. Bir çox analitik mərkəzlərə görə, bəzi oyunçular bazara irihəcmli əlavə neft çıxarmaqla görüş ərəfəsində qiymətləri ucuzlaşdırmaqla OPEK+ çərçivəsində hasilatın azaldılması öhdəliklərinin 2024-cü ilin birinci rübündə də saxlanmasına nail olmağa çalışırlar. Belə oyunçular arasında ən çox adı hallanan Rusiyadır. Neft qiymətlərinin 80 dollardan yuxarı qalmasına ən çox ehtiyac duyan Rusiya sentyabrın ikinci yarısı-oktyabrda ixracı kəskin şəkildə artırıb. Bu isə bazarda qiymətlərin düşməsini şərtləndirir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300