Arif Hacılı və İsa Qəmbər Avropa Parlamentində: "Təkliflərimiz tədbirin sənədinə daxil edildi”

 

Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin Avropaya səfəri davam edir.

Noyabrın 13-də onlar Brüssel şəhərində Şərqi Avropa və postsovet məkanında xalq hərəkatı liderləri olmuş siyasət və dövlət xadimləri ilə birlikdə Ukraynanın Avropa İttifaqındakı nümayəndəliyini ziyarət ediblər.

"Orada keçirilən toplantıda Azərbaycan ictimaiyyəti və Müsavat Partiyası adından Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə münasibətimizi bildirdik. Şəhər mərkəzində Rusiyanın işğalçı siyasətinə qarşı təşkil olunmuş aksiyada iştirak etdik” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

Noyabrın 14-də isə Avropa Parlamentində postsovet və Şərqi Avropa ölkələrinin təhlükəsizliyi və inkişafı mövzusunda toplantı keçirilib.

Avropa Parlamenti üzvlərinin də qatıldığı toplantıda İsa Qəmbər və Arif Hacılı çıxış ediblər.

"Ermənistan nümayəndələrinin də iştirak etdiyi müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına dair bizim təkliflərimiz əksəriyyət tərəfindən müsbət qarşılandı. Bu təkliflər toplantıda qəbul edilən memorandum sənədinə daxil edildi” – deyə, Müsavat başqanı vurğulayıb.

Avropa Parlamentinin iclas zallarından birində keçirilən toplantıda bütün postsosialist məkanının indi həyatda olmayan siyasi dissidentləri ilə yanaşı Azərbaycan Xalq Hərəkatı liderləri Əbülfəz Elçibəy və Tofiq Qasımovun da portretləri nümayiş etdirilib.

Səfər zamanı Arif Hacılı və İsa Qəmbər Müsavat üzvlərinin Avropada yaratdığı AKM və "Prometey” təşkilatlarının rəhbər şəxsləri ilə də görüşüblər.

Basta

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300