Müsavat Ülvi Həsənli və Sevinc Vaqifqızının dərhal azadlığa buraxılmasını tələb edir – Bəyanat

 

Noyabrın 20-də "Abzas Media”nın direktoru Ülvi Həsənli Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ülvi Həsənli, saxlanılarkən zorakılığa məruz qaldığını bildirib, vəkili onun üzündə xəsarət izinin olduğunu təsdiqləyib. Bundan sonra Abzas Medianın ofisində və Ü.Həsənlinin mənzilində axtarış aparılıb, 40 min avro vəsaitin aşkarlandığı barədə məlumat yayılıb.

Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxslə qabaqcadan əlbir olmaqla, ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda valyuta gətirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Noyabrın 21-nə keçən gecə "Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı xaricdən qayıdarkən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, onun evində axtarış həyata keçirilib. Bütün bunlar hadisənin "Abzas Media”nın fəaliyyəti ilə bağlı olduğuna və siyasi motiv daşıdığına şübhə yeri qoymur.

Müsavat Partiyası Ülvi Həsənlinin və Sevinc Vaqifqızının qanunsuz olaraq saxlanmasını Azərbaycanda ifadə azadlığına qarşı basqıların davamı kimi qiymətləndirir, hər iki şəxsin azadlığa buraxılmasını, saxlanma zamanı zorakılıq etmiş şəxslərin məsuliyyətə cəlb edilməsini, ölkədəki repressiyalara son qoyulmasını tələb edir.

#azadmediasusdurulabilmez

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300