Ərdoğan HƏMAS lideri ilə danışdı: Lazım gəldikdə...

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Qəzzada son vəziyyət müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin humanitar yardımın Qəzzaya çatması və lazım gəldikdə yaralıların Türkiyədə müalicə oluna bilməsi üçün səy göstərdiyini, bölgədə atəşkəsin ən qısa zamanda təmin olunması istiqamətində çalışdığını bildirib.

Ölkə başçısı, həmçinin 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurulmadan İsrail-Fələstin probleminin qalıcı həllinin mümkün olmadığını, Türkiyənin daimi sülh üçün beynəlxalq arenada mübarizəyə davam edəcəyini vurğulayıb. (APA)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300