"Dədə Qorqud” filmində oynadığı Tural rolu ilə yaddaşlara əbədi həkk olunmuş azərbaycanlı aktyor Fərhad Yusifovun hazırkı həyat və fəaliyyəti ilə bağlı bir sıra maraqlı faktlar məlum olub.

 

 1956-cı ildə Moskvada dünyaya gəlmiş, Bakıda böyümüş Fərhad Yusifov hazırda Kanadanın Kvebek əyalətində, Monreal şəhərində yaşayır və Mark Jozef adını qəbul edib.   

 

Orta məktəbi Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. Kinoya ilk dəvəti hələ tələbəlik illərində almış Fərhad Yusifov bir sıra ekran əsərlərində, o cümlədən "Nizami”, "Dədə Qorqud”, habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb.

 

Onun xüsusilə "Tacikfilm”in istehsalı olan "Siyavuş haqqında dastan” filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında populyarlıq qazanıb. Bunu Rusiya mətbuatının tez-tez Fərhad Yusifovun yaradıcılığına müraciət etməsi, habelə kinosevərlərin azərbaycanlı aktyorla maraqlanmaları da sübut edir.

 

Yeri gəlmişkən qeyd edək ki, rejissor Bension (Boris) Kimyagərovun ekran əsəri olmuş filmin bəstəkarı məşhur Azərbaycan musiqiçisi Arif Məlikovdur.

Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib.

 

Kanadada tammetrajlı "Aldanış” filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. "RTVC” Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb.    

 

Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış  Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb. Bu silsilədən olan, Peruda çəkilmiş birinci film "Salado" "Avropaya Pəncərə" Rusiya kinosu festivalı müsabiqəsinə 2015-ci ildə yüksək mükafata layiq görülüb.

 

Hazırda "yuxuların Səbətləri" silsiləsindən olan növbəti filmlər üzərində işləyən Fərhad Yusifov – Mark Jozef həmçinin bu bədii filmin ssenarisini yazır, onun həmmüəllifi kimi çalışır.

 

Anar Tağıyev-publika.az



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300