AXCP-nin iki fəalı həbs edildi

 

Oktyabrın 20-də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi hakim Vüsal Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi Rayon Şöbəsinin sədri Ramid Nağıyevi və bir AXCP Beyləqan Rayon Şöbəsinin fəalı Ayət İsmayılovu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə günahlı bilərək inzibati həbsə məhkum edib.

Bu barədə Məhkəmə-Hüquq Şurasının elektron məhkəmə portalında məlumat yayılıb.

AXCP-nin məlumatına görə, partiyanın hər iki fəalı 30 sutka inzibati qaydada həbsə məhkum edilib.

Ramid Nağıyev, Ayət İsmayılov

AXCP fəalların həbsini siyasi hesab edir.

"Demişdik axı, xalqın övladlarının qanı və canı bahasına əldə olunmuş hərbi zəfəri azad, müxalif fikirli insanların kütləvi repressiyası fürsətinə çevirməyin. Qarabağdakı anti – terror əməliyyatından sonra repressiyalar xüsusi vüsət alıb. Demək olar ki, hər gün hansısa ictimai – siyasi fəalı, cəbhəçini (AXCP üzvü-red) həbs edirlər. Hakimiyyət qalib xalqdan ram edilmiş, itaətkar xalq düzəltmək istəyir. Heç kim susub, öz repressiya olunmaq növbəsini gözləməsin. Həbs olunan hər bir ictimai – siyasi fəalı hamılıqla müdafiə etməli, həbs olunan fəalların da əvəzindən yazıb, tənqid etməliyik. Birimiz hamımız üçün, hamımız birimiz üçün!” AXCP sədri Əli Kərimli facebook səhifəsində yazıb.

AXCP bildirir ki, son günlər bu partiyanın sosial şəbəkələrdə tənqidi çıxışlarından sonra 8 fəalı inzibati qaydada həbs edilib.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi fəalın saxlanılması ilə bağlı hələ şərh verməyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300