İlham Əliyev pullu yolu açdı

 

Prezident İlham Əliyev oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib.

 

Tarif Şurası Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun yeni hissəsi üçün ödəniş qiymətlərini müəyyən edib.

 

Söhbət "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni hissəsindən gedir.

 

Qurumun açıqlamasına görə, 129 kilometr uzunluqda olan bu yol ənənəvi yoldan qısadır və sürət həddi daha yüksəkdir: "Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə bu yol ödənişli yol kimi müəyyən olunub...".

 

Qiymətlər belədir:

 

- minik avtomobilləri və kütləsi 3.5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9.3 qəpik (bütün yol üçün 12 manat)

 

- kütləsi 3.5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri.. üzrə 1 km-ə 11.6 qəpik (15 manat)

 

- avtobuslar üzrə 1 km üçün 7.8 qəpik (10 manat)

 

- TIR-lar üzrə 1 km-ə 19.4 qəpik (25 manat)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300