Heydərovun ortağı keçmiş şirkəti tərəfindən məhkəməyə verildi –Əhədpurla bağlı nə baş verir?

 

"Az Texnika LTD” MMC iş adamı Mənuçehr Əhədpuru məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Ülkər Həsənova iş üzrə hakim təyin edilib. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Maraqlıdır ki, "Az Texnika Ltd” MMC mart ayında da Mənuçehr Əhədpur barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdı. Şirkət eyni zamanda iş adamına məxsus "Aztransport-AP” MMC-ni də məhkəməyə vermişdi.

Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdən ibarət idi. Bu işin nəticəsi haqqında heç bir məlumata rast gəlinmir.

Məsələnin başqa maraqlı tərəfi isə vaxtilə Mənuçehr Əhədpurun "Az Texnika Ltd” MMC-nin qanuni təmsilçisi olmasıdır. 2014-cü ildə şirkətin qanuni təmsilçisi məhz adıçəkilən iş adamı olub.

"Az Texnika Ltd” MMC-nin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes subyektlərinin siyahısında rast gəlinir. Yeri gəlmişkən, Mənuçehr Əhədpur Kəmaləddin Heydərovun biznes ortağı kimi tanınır.

Cari ayın əvvəlində yerli media Mənuçehr Əhədpurun Dubayda həbs olunduğu barədə məlumat yayıb. Məlumat qarşı tərəfdən təkzib olunmayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300