İsrail-Fələstin münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi

 

Azərbaycan Yaxın Şərqdə hərbi əməliyyatların və eskalasiyanın dayandırılmasına çağırış edib.

 

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 18-də Səudiyyə Ərəbistanı Krallığında İsrail-Fələstin münaqişə zonasında son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında çıxışında bəhs edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyi çıxışla bağlı məlumat yayıb.

 

"Münaqişə coğrafiyasının mümkün genişlənməsi ilə bağlı xəbərlərin narahatlıq doğurduğu, bu xüsusda mövcud vəziyyətin aradan qaldırılması məqsədilə sülh danışıqlarına təhdid törədən addımlara qarşı beynəlxalq ictimaiyyətin birgə səylərinin əhəmiyyəti qeyd olunub", - XİN-in məlumatında bildirilir.

 

Ceyhun Bayramov əlavə edib ki, Azərbaycan Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyir: "Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib".

 

Ceyhun Bayramov habelə deyib ki, Azərbaycan fələstinli qaçqınlara dəstək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar ayırıb.

 

Nə baş verir?

 

Bu il oktyabrın 7-də "Həmas"ın hücumu ilə yenidən İsrail-Fələstin münaqişəsi gərginləşib. Tərflərdən bir neçə min ölənlər, yaralananlar var.

 

İsrail-Fələstin münaqişəsinin tarixi ötən əsrin ortalarına gedir.

 

1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə, Yerusəlimin (Qüds) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verildi.

 

Bunu İsrail qəbul etsə də, bəzi ərəb ölkələri ona qarşı çıxdı.

 

Nəticədə tərəflər arasında münaqişə yarandı.

 

Sonradan bəzi ərəb ölkələri də, BMT kimi, İsraili müstəqil dövlət kimi tanıyıblar.

 

Fələstin isə hazırda BMT-də müşahidəçi statusuna malikdir.

 

Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət yanaşması əsasında sülh yolu ilə həllini dəstəkləyir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300