Nəcməddin Sadıkovun qaynı ilə tikinti maqnatı arasında qalmaqal - TƏFƏRRÜAT

 

Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus "Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) məhkəməyə verilib.

İddiaçı Cərəyxanov Cərəyxan Abdullayeviçdir. Onun iddiası Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevin icraatındadır. Noybarın 14-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.

Mediada Cərəyxan Cərəyxanov Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun qaynı kimi təqdim edilir. Onunla "Şərur" MTK arasındakı mübahisə isə mənzillə bağlıdır. Məsələ burasındadır ki, MTK-nın sahibi İsfəndiyar Axundovun Elmir Məhərrəmov adlı şəxsə borcu olub. Həmin şəxs İsfəndiyar Axundovun şirkətinə 26 520 manat dəyərində şifer verib, lakin pulunu ala bilməyib. İsfəndiyar Axundov borc müqabilində Cərəyxan Cərəyxanova məxsus mənzilin sənədlərini girov kimi Elmir Məhərrəmova təqdim edib.

Ötən il mediada Elmir Məhərrəmovun bu məsələ barədə açıqlaması dərc olunub. Açıqlamadan məlum olur ki, İsfəndiyar Axundov borcunu ödəmək istəmir. Cərəyxan Cəryxanova məxsus mənzilin sənədləri isə hələ də ondadır.//Qaynarinfo

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300