"TikTok" Azərbaycanda həmişəlik bağlanıb? 

 

"Hansısa hüquqi əsaslar olmadan belə durumun qalması da doğru bir yanaşma deyil".

Uluyol.info Mətbuat.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz "TikTok"a girişin hələ də bərpa edilməməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, antiterror tədbirləri başlayan zaman hökumətin bu resursun məhdudlaşdırılması istiqamətində atdığı addımlar məqbul və ağlabatandır. Lakin bu sosial şəbəkə platformasına girişin hələ də bərpa edilməməsi VPN-dən isitfadə edənlər üçün təhlükəlidir:

"Bununla belə, xatırladıram ki, hazırda istifadəçilərin əksəriyyəti VPN texologiyadan yaralanmaqla bu resursdan sərbəst istifadə edirlər. Antiterror tədbirləri başa çatandan sonra ölkəmizdə TikTok -a girişin bərpa edilməməsi düşündürücüdür. Düşünürəm ki, səlahiyyətli qurum olan RİNN buna aydınlıq gətirməlidir. Xüsusilə də, VPN -lərdən kütləvi istifadə təhlükəsizlik üçün əlavə təhdidlər yaradır"

O bildirib ki, hökumətin bu resursdan uşaqların təhlükəsizliyini təmin etmək şərtilə effektiv istifadə edilməsi, biznes və marketinq baxımından səmərəli istifadə edilməsi, azərbaycandilli faydalı kontentin yaradılmasına diqqət yetirməsi daha ağlabatan olardı:
"TikTok-un nümayəndəliyini açmaq, burada dövr edən vəsaitləri vergiyə cəlb etmək, bu qlobal resursla əməkdaşlıq edib, uşaqları qorumaq üçün əlavə imkanlar yaratmaq, azərbaycandilli faydalı kontentin inkişafına dəstək almaq daha doğru olardı.

Baxıram ki, Qazaxıstanda təşkil olunan Cənubi Asiyanın ən böyük Digital Bridge texnologiya forumunda TikTok -un rəhbərini də başda oturdublar. Xatırladıram ki, Qazax dilində elm, təhsil, oyun və əyləncə yönümlü faydalı video materialların yaradılması üçün, bu resursdan marketinq və biznes məüsədilə istifadəni stimullaşdırmaq üçün TikTok Qazaxıstana böyük vəsaitlər ayırır".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300