Məşğulluq Agentliyinin 400 manata rəsmiləşdirdiyi qoyunlar xəstə çıxdı

 

Dövlət Məşğulluq Agentliyinin özünəməşğulluq layihəsi çərçivəsində Cəlilabadda bir qrup şəxsə 20 baş qoyun və bir törədici qoç verilib.   Qaynarinfo-nun məlumatına görə, vətəndaşlar Agentlik tərəfindən onlara təqdim edilən heyvanlardan narazıdırlar. Belə ki, təqdim edilən heyvanların əksəriyyəti xəstədir.

Fermerlərdən biri iddia edir ki, ona verilən qoyunların bir ədədi üçün dövlət qiyməti olaraq 400 manata imza atdırılıb. Amma qoyunların ikisi təqdim edilən yerdə ölüb. Biri isə halsız vəziyyətdədir. Digər heyvanlar da eyni vəziyətə düşürlər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylidir. Məsələdən xəbərdar olan agentlik rəhbəri nədənsə hələ də baş verən heyvan ölümləri ilə bağlı insanları günahlandırır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300