"Aİ-nin qapısı Gürcüstanın üzünə açıqdır” -Borrel

 

"Namizəd statusuna layiq olmaq lazımdır və Gürcüstanın bununla bağlı hələ çox işi var”.

Uluyol.info xəbər verir ki, bu barədə Tbilisidə olan Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell məlumat verib.

"İlk növbədə qeyd etmək istərdim ki, Gürcüstan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. İndi sizin gələcəyiniz üçün həlledici məqamdır, çünki bir neçə həftədən sonra Avropa İttifaqı Gürcüstanın Aİ-yə yolu ilə bağlı növbəti addımları müzakirə edəcək və öz tarixində ilk dəfə Gürcüstanın genişlənmə ölkəsi kimi hesabatını təqdim edəcək.

Və belə bir mühüm məqamda mən çox aydın olmaq istəyirəm – Avropa İttifaqının qapısı Gürcüstanın üzünə açıqdır və Avropa İttifaqı Gürcüstanı Aİ-yə üzvlük yolunda dəstəkləməyə sadiqdir. Qapı açıqdır və bu yolda sizə dəstək olmaq istəyirik.

Amma onu da deməliyəm ki, Aİ-yə üzvlük üçün müraciət etmək həm də ciddi öhdəlikdir. Namizəd statusu isə ölkələrin avtomatik olaraq sahib ola biləcəyi bir şey deyil. Ciddi islahatlara və Avropa dəyərlərinə sadiqliyə borcludur. Düzünü desəm, bununla bağlı hələ çox iş görülməlidir”, – Borrel bildirib./Unikal/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300