Putin: "Biz qazın Türkiyə üzərindən üçüncü ölkələrə nəqlinə hazırıq”

 

"Rusiya bundan sonra da Türkiyəni qazla təmin edəcək”.

 

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla görüşdən sonra Rusiya lideriVladimir Putin deyib.

O, ölkəsinin etibarlı tərəfdaş və satıcı olduğunu vurğulayıb.

Putin bildirib ki, Rusiya qazı Türkiyə üzərindən üçüncü ölkələrə tranzit olaraq nəql etməyə də hazırdır: "Biz bundan sonra da Türkiyə iqtisadiyyatını bu ucuz və ekoloji baxımdan keyfiyyətli məhsulla təmin etmək niyyətindəyik. Hətta biz Türkiyə üzərindən tranzit olaraq qazı digər ölkələrin istehlakçılarına da çatdırmağa hazırıq”.

Rusiya prezidenti Türkiyədə yaradılması planlaşdırılan qaz habı məsələsinə də toxunaraq, onun işə başlaması üçün zəruri olan bir neçə addım üzərində işlənildiyini qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300