Gürcüstanda baş nazir prezidentə qarşı:"İmpiçment qərarı doğrudur”

 

Gürcüstanda hakimiyyət qolları arasında ziddiyyətlər növbəti dəfə dərinləşib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə prezidenti Salome Zurabişviliyə qarşı başladılan impiçment prosedurunu dəstəkləyib.

Məlumata görə, Qaribaşvili prezidentin səlahiyyətlərinə son qoyulmasına yönəlik hakim "Gürcü arzusu” Partiyasının parlament fraksiyasının təşəbbüsünün ədalətli olduğunu bildirib:

"Çox acınacaqlı haldır ki, Gürcüstan Prezidenti ölkənin qanunlarını pozur. Biz qanunlara hörmətlə yanaşılmasında hər kəsə nümunə olmalıyıq. O baxımdan, hakim partiyanın impiçmentlə bağlı qərarı tamamilə ədalətlidir”.

Xatırladaq ki, Gürcüstan Prezidenti ölkə hökumətinin Rusiyayönümlü siyasətinə qarşı çıxdığı üçün zaman-zaman gərginliklər yaşanır.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300