Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
Azərbaycan rəqqaslığının görkəmli nümayəndəsi, Əməkdar artist Aliyə Ramazanova vəfat edib.
Musavat.comxəbər verir ki, bu barədə aparıcı Saleh Bağırov sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, 82 yaşlı Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Azərbaycan SSR əməkdar artistidir.